Fevral ayında Qırğızıstanda Avrasiya İqtisadi Birliyi ölkələri arasında qida qiymətlərinin bahalaşması baxımından ötən ilin dekabrı ilə müqayisədə ən yüksək artım qeydə alınıb.

Foodinfo.az bu barədə Avrasiya İqtisadi Komissiyasının hesabatına istinadən xəbər verir.

Ümumilikdə birlik ölkələri ərazisində ərzaq məhsulları 2,3 faiz bahalaşıb.

Bu rəqəm Qırğızıstanda 3,9 faiz, Ermənistanda 3,3 faiz, Qazaxıstanda 3 faiz olub.

Nurlan