Kərəvizin faydaları sadalamaqla bitmir. Tamamilə şəfa mənbəyi adlandıra biləcəyimiz kərəviz vitamin və minerallarla olduqca zəngindir. 
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 
Tərkibində yüksək səviyyədə zülal və su olan kərəviz həzm sistemini tənzimləyən bitkilərdən biri sayılır. Kərəviz sahib olduğu antioksidantlar sayəsində orqanizmdə iltihab yaranmasını əngəlləyir. Oynaq ağrıları və ağciyər infeksiyalarına faydalıdır. 
Bunlarla yanaşı kərəviz əzələlərin yumşalmasına yardım edir, qan təzyiqini və ürək ritmini tənzimləyir.

Leyla