“Az-Pack” Məhdud Məsuliyətli Cəmiyyəti ilə bağlı inzibati protokol tərtib edilib.

Foodinfo.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 602.4-cü (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə) maddəsi ilə təqsirli bilinir.

Bu maddəyə görə MMC min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

İşə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, “Az-Pack” MMC qablaşdırma istehsalı ilə məşğuldur.

Şəbnəm