Hormonal tərkibli qidalar kişilərdə qadınlaşma prosesinə start verir. Foodinfo.az-ın məlumatına görə, bu barədə Medicina.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının endokrinoloqu Həbibə Mirzəyeva bildirib. O deyib ki, satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur: "Hazırda bəzi ət məhsulları, xüsusilə broyler toyuqlarına vurulan hormonal preparatlar xüsusilə kişi cinsinin nümayəndələrində ciddi fəsadlar yaradır. Toyuq ətindəki külli miqdarda hormonal preparat oğlanlarda yalançı süd vəzilərinin böyüməsinə - ginekomastiyaya səbəb olur. Bu hormonlar oğlanlarda qadın hormonu ekstogenlərin cinsi dəyişkənliyini yaradır: bu həm daxili, həm də xaricən, zahiri əlamətlərlə büruzə verir. Hormonal preparatlarla yetişdirilmiş toyuq ətinin uzun müddət qəbulu - hazırkı dövrdə demək olar, hər gün müntəzəm toyuq əti yeyilir – qızlarda yumurtalıqların fəaliyyətinə zərbə vurur. Bu proseslər həm oğlan, həm qızlarda boy qısalığına gətirib çıxarır”.
Həkim çıxış yolunun olduğunu da vurğulayıb: "Biotənzimləyici preparatlarla orqanizmdəki zərərli maddələr, toksinlər heç olmasa ildə bir dəfə təmizlənməlidir. Bu preparatlar orqanizmin öz-özünü daxildən bərpa etməsinə yardım edir, zərərli hormonları kənarlaşdırır”.
Foodinfo.az