İqtisadi fəaliyyət sahələri üzrə maliyyə axınları açıqlanıb.

Foodinfo.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 2023-cü ilin birinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (21,2 faiz), tikinti (15,3 faiz), topdan və pərakəndə ticarət (13,6 faiz) və mədənçıxarma sənayesi (10,2 faiz) təşkil edib. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1,381 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,418 milyon manat artım) sahələri olub.