Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, Nəzarət tədbirləri çərçivəsində 11 aprel 2021-ci il tarixində ölkə üzrə 422 ictimai iaşə obyektində 726 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsində yerləşən, fiziki şəxs Mustafayev Amil Əbdül oğluna məxsus “Kəndimiz” kafesi;
2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ S.Yesenin ünvanında yerləşən, fiziki şəxs Hüseyinov Əliyə məxsus “Dönər evi”;
3. Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov ev 9 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus “Taksim kebap” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov ev 9 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mehti Kamaloviçə məxsus kafe;
5. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə ev 216 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Əhliman Mirzə oğluna məxsus “Manqalüstü” restoranı;
6. Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi ev 114D ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hünbət oğluna məxsus “Urfa sofrası” restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev12 ünvanında yerləşən, fiziki şəxs Məmmədova Rəqsanə Dəmir qızına məxsus kafe;
8. Bakı şəhəri, Xətai rayonu, Babək pr. 90C ünvanında yerləşən, fiziki şəxs Sadıqova Səbinə Vaqif qızına məxsus kafe;
9. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ŞTQ M.Fətəliyev ev 41 ünvanında yerləşən, fiziki şəxs Tanriverdiyeva Adilə Muzəffər qızına məxsus kafe;
10. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 1993 ünvanında yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus “Çənlibel” kafesi;
11. Bakı şəhəri, Xətai rayonu, Vəzirov ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus kafe;
12. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı ev 44 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Aqil Habil oğluna məxsus restoran;
13. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan yolu M.Musayev ünvanında yerləşən, fiziki şəxs Kərimov Qadir Vəli oğluna məxsus “Dr Meat” kafesi;
14. Göyçay rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Rüstəmov Azad Ağazahid oğluna məxsus kafe;
15. Tovuz rayonu, Bayramlı ünvanında yerləşən, fiziki şəxs Cəfərov Pərviz Məmmədrza oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.