Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il martın 31-də ölkə üzrə 131 ictimai iaşə obyektində 212 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən, fiziki şəxs Rəsulov Qoşqar İlqar oğluna məxsus kafe; 2. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., məh. 576 ünvanında yerləşən, hüquqi şəxs “Etçi Umut Bakı” MMC-yə məxsus “Etçi Umut Bakı” restoranı; 3. Bakı şəhəri, Xətai rayonu, Gənclər pr., ev 34 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İsmayıl Əyyub oğluna məxsus “Dua.Et” kafesi; 4. Gəncə şəhəri, H. Əliyev küç., ev 57 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Turqut Məmmədəli oğluna məxsus “Arazbarı” restoranı. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.