Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 20-də ölkə üzrə 347 ictimai iaşə obyektində 618 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, H. Hüseynov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Həsənov Ramin Miraslan oğluna məxsus “Dəyirman” restoranı; 2. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus “Love City” kafesi; 3. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Dağıstanlı İsmayıl Mahama oğluna məxsus “Antep Lahmacun” restoranı; 4. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., 121E ünvanında yerləşən, fiziki şəxs “EK-HOST GR” MMC-yə məxsus “Askar” mehmanxanasında fəaliyyət göstərən restoran. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.