Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Foodinfo.az-ın məlumatına görə, aparılan müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
Bu tədbirlər çərçivəsində 1-15 mart 2021-ci il tarixlərində Milli Referens və Abşeron Regional Sınaq Laboratoriyaları İngiltərənin LGC Standartları şirkətinin təşkil etdiyi beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarına qatılıb. Əsasən Salmonella, Escherichia coli, Staphylococcus aureus, Listeria monocytogenes, Maya, Kif və bu kimi digər mikrobioloji çirkləndiricilər olmaqla, Milli Referens Laboratoriyası 29 müayinə parametri, Abşeron Regional Sınaq laboratoriyası isə 17 müayinə parametri üzrə səriştəlilik sınaqlarında iştirak edib. 50-dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticə əldə edib.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir