Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 16-da ölkə üzrə 359 ictimai iaşə obyektində 634 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Yasamal rayonu, F. Ağayev küç., məh.559, m.26 ünvanında yerləşən, fiziki şəxs Nuriyev Fizuli Behbud oğluna məxsus kafe; 2. Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küç., ev 297, 299 ünvanında yerləşən, fiziki şəxs Bəkirov Sədrəddin Əsəd oğluna məxsus “Lyuks dönər manqalda” kafesi; 3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 68, Şüvəlan Mall-da yerləşən, hüquqi şəxs “PJA” MMC-yə məxsus restoran; 4. Gəncə şəhəri, Ə. Məmmədov küç., ev 105 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Yaşar oğluna məxsus “Bizz” kafesi; 5. Daşkəsən rayonu, Gəncə-Göygöl yolu, Bayan küçəsində yerləşən, fiziki şəxs Cəbrayılov Cavid İsa oğluna məxsus “Kəlbəcər” kafesi; 6. Göygöl şəhəri, Koroğlu küç., ev 80 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Sərxan Güloğlan oğluna məxsus “Məkan” restoranı; 7. Gəncə şəhəri, Ə. Cəmil küç., ev 181 ünvanında yerləşən, fiziki şəxs Kazımov Orxan Mübariz oğluna məxsus “Lefarn” restoranı; 8. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 ünvanında yerləşən, fiziki şəxs Yakup Kazdala məxsus "Kaya" restoranı. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.