Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, AQTA müfəttişləri tərəfindən Ağsu rayonu, Səməd Vurğun küçəsində fəaliyyət göstərən fiziki şəxs Xəlilov Ceyhun Nizam oğluna məxsus baytarlıq aptektində yoxlama keçirilib. Yoxlama zamanı baytarlıq aptekində satışa təqdim edilən dərman preparatlarının saxlanma qaydalarına və temperatur rejiminə riayət olunmadığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbəri barəsində qanunvericilyin tələblərinə uyğun tədbirlər görülüb. Müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.
[gallery ids="35384,35385"]
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir