Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, AQTA-nın Xaçmaz Regional bölməsinin müfəttişləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə parklarda, meyvə bağlarında, istixana təsərrüfatlarında fitosanitar müşahidələr aparıb.
Xaçmaz şəhərində yerləşən, ümumi sahəsi 5 ha Çənlibel parkının ərazisinə keçirilən monitorinq zamanı dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti qiymətləndirilib, bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə edilib. Aşkar olunmuş hallarla bağlı müvafiq aqrokimyəvi və aqrotexniki tədbirlərlə bağlı zəruri işlər görülüb.
Bununla yanaşı, Agentlik əməkdaşları tərəfindən Xaçmaz şəhəri Qobuqırağı kəndində yerləşən, Əliyev Şahin Pirəli oğluna məxsus pomidor istixanasında monitorinq keçirilib. Baxış zamanı istixandakı bitkilərdə pomidor lağımlayıcı güvəsinin izlərinə (“Tuta Absoluta”) rast gəlinib və zəif sirayətlənmə diaqnozu qoyulub. İstixana rəhbərliyinə mütəmadi olaraq aqrokimyəvi və aqrotexniki tədbirlərin keçirilməsi, zərərverici ilə sirayətlənmə hallarının minimuma endirilməsi ilə bağlı müvafiq məlumatlar verilib.
Daha sonra Xaçmaz rayonu Armudpadar kəndində yerləşən, Pənahov Rasim Rafiq oğluna məxsus, ümumi sahəsi 0.75 ha meyvə bağında keçirilən monitorinq zamanı fitosanitar bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə sirayətlənmə aşkar edilməyib.
[gallery ids="47228,47229,47230"]