Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə tərəflər arasında razılaşdırılmaqda olan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” müzakirə olunub.
İki qurum arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının və baytarlıq nəzarətində olan məhsulların “tarladan süfrəyədək” prinsipinə uyğun təhlükəsizliyini qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad, maneəsiz ticarətə dəstək üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.