Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 24 fevral 2021-ci il tarixində ölkə üzrə 240 ictimai iaşə obyektində 386 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
- Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 1959 ünvanında yerləşən, hüquqi şəxs "McDonald`s Azərbaycan" QSC-yə məxsus "McDonald`s" kafesi;
- Bakı şəhəri, Ağa Nemətulla 23 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Emin Pənah oğluna məxsus “Xacapuri Home” restoranı;
- Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov 23 ünvanında yerləşən, fiziki şəxs Əliyev Baba Rəvayət oğluna məxsus çayxana;
- Sumqayıt şəhəri, 16-cı məhəllə, Nizami küçəsi, b. 40/5 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Raziyə İbrahim qızına məxsus “Ana Və Uşaq” kafesi;
- Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən, fiziki şəxs Əliyev Əli İkram oğluna məxsus "Nərgiz" kafesi;
- Göyçay rayonu, Natavan küçəsində yerləşən, fiziki şəxs Ağamaliyev Şamo Ehtibar oğluna məxsus kafe:
- İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Şıxaliyev İxtiyar Umud oğluna məxsus yeməkxana;
- Gədəbəy rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsgərov Razil İslam oğluna məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir