Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 30 mart 2021-ci il tarixində ölkə üzrə 457 ictimai iaşə obyektində 768 monitorinq keçirilib. Monitorinqlər zamanı 27 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır. 1. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 69d ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanlı Səməndər Habil oğluna məxsus kafe; 2. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 5 (Keşlə bazarına gedən yolun sağında) ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşfiq Rəfael oğluna məxsus “Sərin” restoranı; 3. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 20A, mənzil 22 ünvanında yerləşən, fiziki şəxs Mirzəcanova Günay Mirbağır qızına məxsus kafe; 4. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Nizami Ərşad oğluna məxsus kafe; 5. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus dönər evi; 6. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən, fiziki şəxs Allahverdiyev Nəsimi Eldar oğluna məxsus restoran; 7. Bakı şəhəri, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elşən Aydın oğluna məxsus kafe; 8. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən,‎ fiziki şəxs Şəfiyeva Qonça Əşrəf qızına məxsus dönər evi; 9. Bakı şəhəri, Binəqədi ‎rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Quliyeva Günay Tahir qızına məxsus kafe; 10. Bakı şəhəri, Nizami ‎rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, hüquqi şəxs "Xudafərin-54" firmasına məxsus restoran; 11. Bakı şəhəri, Nizami ‎rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, fiziki şəxs İsmayılov Elfaq Mirəli oğluna məxsus “Troya” çay evi; 12. Bakı şəhəri, Nizami ‎rayonunda yerləşən, fiziki şəxs Ağayev Rusif Aydın oğluna məxsus “Neon” restoranı; 13. Bakı şəhəri, Nizami ‎rayonu, Şərifli küçəsi, ev 2524, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Şərifov Vüsal Asif oğluna məxsus çay evi; 14. Bakı şəhəri, Nəsimi ‎rayonu, Asif Məhərrəmov küçəsi 35A ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Mehmana məxsus “Mamei” kafesi; 15. Bakı şəhəri, Yasamal ‎rayonu, Şərifzadə küçəsi 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus “Kolorit” kafesi; 16. Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 55‎ ünvanında yerləşən, fiziki şəxs Qulaməliyev Emin Gündüz oğluna məxsus kafe; 17. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski prospektində yerləşən, hüquqi şəxs "McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran; 18. Bakı şəhəri, Yasamal ‎rayonu, B. Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus "Samovar" restoranı; 19. Bakı şəhəri, Yasamal ‎rayonu, Zahid Xəlilov küçəsi, ev 43 ünvaninda yerləşən, fiziki şəxs Nəsibov Yunis Sərdar oğluna məxsus "Trio Pub" kafesi; 20. Bakı şəhəri, Yasamal ‎rayonu, Həsən bəy Zərdabi prospekti, ev 70 ünvanında yerləşən, fiziki şəxs Zakirli Zaur Zakir oğluna məxsus "Karona" kafesi; 21. Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi ünvanında yerləşən, fiziki şəxs Rəsulov Məmməd Seyfulla oğluna məxsus "Aristokrat" çay evi; 22. Bakı şəhəri, Kral Hüseyn küçəsi 52 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Emil İsmayıl oğluna məxsus “Nine Hotel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran; 23. İmişli şəhəri, M. Əzizbəyov küçəsində yerləşən, fiziki şəxs Abbaslı Rüfət Loğman oğluna məxsus kafe; 24. İmişli şəhəri, pambıq zavodu ərazisində yerləşən, fiziki şəxs Əliyev Bəhruz Süleyman oğluna məxsus kafe; 25. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Cəbiyev Vasif Oktay oğluna məxsus çay evi; 26. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində yerləşən, fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğluna məxsus kafe; 27. Gəncə şəhəri, Şah İsmayıl Xətai ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyev Vüsal Mətləb oğluna məxsus çay evi;   Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.