Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 21 mart 2021-ci il tarixində ölkə üzrə 255 ictimai iaşə obyektində 433 monitorinq keçirilib. Monitorinqlər zamanı 18 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır. 1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs İsmayılov Rəfail Fikrət oğluna məxsus “Xan” kafesi; 2. Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən, fiziki şəxs Heybətov Təbriz Sədrəddin oğluna məxsus "Papaq" çay evi; 3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs Qədirov Fəxrəddin Mehbala oğluna məxsus “Xəyal” kafesi; 4. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, keçid A ünvanında yerləşən, fiziki şəxs Əbdülov Pərviz Azay oğluna məxsus “Xari Bül-Bül” çay evi; 5. Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayilov küçəsi 48 saylı binanın yaxınlığında yerləşən, fiziki şəxs Yusif Cəfərov Bəxtiyar oğluna məxsus “Korsar” restoranı; 6. Bakı şəhəri, Xətai rayonu, Heydərli Tağızadə ev 19 ünvanında yerləşən, fiziki şəxs Abdiyeva Minayə Yaqub qızına məxsus kafe; 7. Bakı şəhəri, Xətai rayonu, Ə. Axundov küçəsi ev 38 m. 1 ünvanında yerləşən, fiziki şəxs Həşimov Nicata məxsus çay evi; 8. Bakı şəhəri, Xətai rayonu, M. Mehdizadə küçəsi ev 54 ünvanında yerləşən, fiziki şəxs Sərdarov Ziyada məxsus kafe; 9. Bakı şəhəri, Səbail Rayonu Bibi heybət ŞTQ, Namiq Quliyev ev 62C ünvanında yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus "Şəfa" restoranı; 10. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarli küçəsi ev 40 ünvanında yerləşən, hüquqi şəxs "FBCO" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Gloria Jean’s” kafesi; 11. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov ev 6, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Mehrabova Mənsurə Vilad qızına məxsus “Dominard” restoranı; 12. Bakı şəhəri, Nizami rayonu Məmmədəli Şərifli ev 5A ünvanında yerləşən, fiziki şəxs Niftullayev Şəmsəddin Məmmədəli oğluna məxus kafe; 13. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 72 m. ünvanında yerləşən, fiziki şəxs Nağıyev Elşən Akif oğluna məxsus “Sim-Sim” kafesi; 14. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev 28B, 758-ci məhəllədə yerləşən, fiziki şəxs Əliyev Heydər Məhəmmədəli oğluna məxsus “Mixək” çay evi; 15. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Hümbətov Nazim Nazir oğluna məxsus kafe: 16. Şəki şəhəri, Baş Zəyzid kəndində yerləşən, fiziki şəxs Balənmədov Emin Hidayət oğluna məxsus çay evi; 17. Şəki şəhəri, Baş Zəyzid kəndində yerləşən, fiziki şəxs Xəlilov Məmmədəli Niymət oğluna məxsus dönər evi; 18. Goranboy rayonu, Nizami Baki-Gəncə Şossesi (Dəliməmmədli Ərazisi) ünvanında yerləşən, fiziki şəxs Müşfiqli Həsən Tamerlan oğluna məxsus “Kosmos" restoranı. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.