Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 12 fevral 2021-ci il tarixində ölkə üzrə 550 ictimai iaşə obyektində 850 monitorinq keçirilib. Monitorinqlər zamanı 46 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Rufullayev Rövşən Məmməd oğluna məxsus "Xan çinar" kafe; 2. Bakı şəhəri, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Məsimov Tərxan Firudin oğluna məxsus "Ovqat" kafe; 3. Bakı şəhəri, Seyidzadə küçəsi ev 1, Vəliyev Elçin Rəhman oğluna məxsus kafe; 4. Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq, Zəkiyev Zəki Etibar oğluna məxsus “Araz” kafe; 5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 38 a, Aslanov Rafiq Zabit Oğluna məxsus “Şəki” kafe; 6. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, məh.1993, Əliyev Murad Əflatun Oğluna məxsus “50 Qəpik” kafe; 7. Bakı şəhəri, Xətai rayonu, Xocalı pros. ev 49, Səmədzadə Mahmud Kamil oğluna məxsus kafe; 8. Bakı şəhəri,  Məmmədov küçəsi, ev 2, Adıgözəlov Dinar Firudin oğluna məxsus kafe; 9. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, Abbasov Rusif Bəşir oğluna məxsus kafe; 10. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 45, mənzil 12, Tağıyev Tağı Vaqif Oğluna məxsus “Qədir Xum” restoranı; 11. Bakı şəhəri, Səbail rayonu, Böyük qala ev 55, Muradəliyev Nəcəf Çingiz oğluna məxsus “Qaynana” restoranı; 12. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, Əmiraslanov İlqar Taleh oğluna məxsus kafe; 13. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 23, “Səma-Zen” MMC-yə məxsus kafe; 14. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr.,ev.39, Əliyev Eldəniz Heydər oğluna məxsus “Təbiət” kafe; 15. Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 7, Həsənov Qasim Həsən oğluna məxsus “Kosmos” kafe; 16. Bakı şəhəri, Xətai rayonu, Z.Yusifov, ev 20/3, Musayev Hacı Əfrasim oğluna məxsus kafe; 17. Bakı şəhəri, Səbail rayonu, Böyük qala ev. 41, "SİTİ KEYTERİNQ" MMC-yə məxsus “La quzu” restoranı; 18. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 57,  Yusubov Ceyhun Sədi oğluna məxsus “Ocaq” restoranı; 19. Bakı şəhəri, Nizami rayonu, Babek prospekti 76, Əliyev Bəhruz Əli oğluna məxsus “Astoriya” hotelin kafesi; 20. Daşkəsən rayonu, Heydər Əliyev pr. Cəfərov Mürşüd Muradxan oğluna məxsus “Varsel” kafe; 21. Gəncə şəhəri, Həsən bəy Zərdabi küçəsi 57, Əliyev Cavidan Hilal oğluna məxsus kafe; 22. Qax rayonu, H.Əliyev pr., Hüseynov Pərviz Novruz oğluna məxsus “Bakı” restoranı; 23. Şəki şəhəri, Azadlıq pr., Sadıqov Sərdar Ənvər oğluna məxsus “Amin” kafe; 24. Kürdəmir rayonu, Xaqani küçəsi, Səlimov Samir Sahid oğluna məxsus kafe; 25. Kürdəmir rayonu, Bakı prospekti, Qəribov Nizami İsməli oğluna məxsus kafe; 26. Göyçay rayonu, S.Vurğun küçəsi, Zamanov Rafiq Gülməmməd oğluna məxsus kafe; 27. İsmayıllı rayonu, Cavanşir küçəsi, Babayev Ceyhun Şakir oğluna məxsus kafe; 28. İsmayıllı rayonu, Ələkbərzadə küçəsi, Kazımov Elman Ələskər oğluna məxsus kafe; 29. Astara şəhəri, Azərbaycan küçəsi, Cavadov Emin Qüdrət oğluna məxsus kafe ; 30. Astara şəhəri, Səməd Vurğun 87, Cəfərov Emil Eldar oğluna məxsus kafe; 31. Astara şəhəri,C.Cabbarlı küçəsi, ev 39, "Oxatan" MMC-yə məxsus “Maricel Astara” otelində fəaliyyət göstərən restoran; 32. Masallı rayonu, H. Əliyev prospekti, Əliyev Soltanağa Əliş oğluna məxsus kafe; 33. Astara şəhəri, A.Nuriyev küçəsi, Mirzəyev Elçin Hüseynbaba oğluna məxsus kafe; 34. Saatlı rayonu, Şirinbəyli kəndi, Əliyev Kamran Mahir oğluna məxsus kafe; 35. Gədəbəy rayonu, H.Əliyev prospekti, Abdullayev Musa Nadir oğluna məxsus kafe; 36. Ağstafa rayonu, H.Əliyev prospekti Abdurəhmanlı Həsən Şuriyə oğluna məxsus “İzmir” restoranı; 37. Quba rayonu, Vladimirovka kəndi, Babayev Azər Arif oğluna məxsus kafe; 38. Quba şəhəri, C. Cabbarlı küçəsi, Yunisov Yunis Sahib oğluna məxsus kafe; 39. Xaçmaz rayonu, Susayqışlaq kəndi, Əskərova Səbirə Ağaşirin qızına məxsus “Fazenda” restoranı; 40. Xaçmaz rayonu, Əmrahlı Malik Adil oğluna məxsus kafe; 41. Füzuli rayonu, 20 Yanvar küçəsi, Hacıyev İzzət Əlif oğluna məxsus "Nemət" kafe; 42. Füzuli rayonu, H.Əliyev prospekti, Məmmədov Arif Yahya oğluna məxsus "Təndir" kafesi; 43. Ağcabədi rayon, Ağcabədi şəhər, Səfərov Elmxan Əliş oğluna məxsus  "Versal" kafe; 44. Ucar rayonu, Qəzyan kəndində fəaliyyət göstərən “Çay evi” ; 45. Bərdə rayonu, Qasım bəy Zakir küçəsi, Hacıyev Rahil Ramiz oğluna məxsus “Xan bağı” kafesi Qasım bəy Zakir 46. Ağdam rayonu, Quzanlı qəsəbəsi, Nəsirov Elməddin Mobil oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.