Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 29 mart 2021-ci il tarixində ölkə üzrə 441 ictimai iaşə obyektində 746 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır. 1. Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən, fiziki şəxs Şirəliyev Elşən Qasım oğluna məxsus “Qədim Qəbələ” restoranı; 2. Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ, Südçülük sovxozu ərazisində salınmış yeni yaşayış massivində yerləşən, fiziki şəxs Süleymanov Zamin Eldar oğluna məxsus kafe; 3. Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən, fiziki şəxs Rəhimov Yunis Adəm oğluna məxsus kafe; 4. Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən, fiziki şəxs Nəmətov Nemət Ağakişi oğluna məxsus kafe; 5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Ağayev Bəşir Əfqan oğluna məxsus restoran; 6. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hüsən oğluna məxsus kafe; 7. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, Maştağa Qəsəbəsi, “Daş karxanası” adlanan ərazidə yerləşən, fiziki şəxs Əsədov Röyal Məhərrəm oğluna məxsus “Şah” dönər evi; 8. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan ŞTQ, Yesenin küçəsində yerləşən, fiziki şəxs Aslanov Denis Tahir oğluna məxsus kafe; 9. Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna yolunun kənarında yerləşən, fiziki şəxs Bağırov Şirin Nizami oğluna məxsus kafe; 10. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 2, m. 1 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Abadlıq Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Flarmoniya” kafesi; 11. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 88, m. 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Orxan Rasim oğluna məxsus restoran; 12. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Vilayət Yaqub oğluna məxsus restoran; 13. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 17c ünvanında yerləşən, fiziki şəxs Əlizadə Ülvi İlham oğluna məxsus kafe; 14. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs İsmayılova İlahə İsmayıl qızına məxsus kafe; 15. Bakı şəhəri, Xətai ‎rayonu, Nobel prospekti 67, Belinski küçəsi, Heydar Əliyev adına neft emalı zavodu yaxınlığında yerləşən, fiziki şəxs Qədirli Nihad Fəxrəddin oğluna məxsus kafe; 16. Bakı şəhəri, Nərimanov ‎rayonu, Neymətulla küçəsi, ev 26m ünvanında yerləşən, fiziki şəxs Əmirov Eldəniz Əfqan oğluna məxsus kafe; 17. Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 507-ci məhəllə, ev 2, mənzil 29 ünvanında yerləşən, fiziki şəxs Babayev Rasim Bayram oğluna məxsus "Nargilə" çay evi; 18. Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 507-ci məhəllə, ev 4, mənzil 29 ünvanında yerləşən, fiziki şəxs İbayeva Zülfiyyə Əbülfəz qızına məxsus "Göygöl" kafesi; 19. Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102/64, m. 78 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ramil Rafiq oğluna məxsus "Cafe de Flore" kafesi; 20. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, doğum evinin yanında yerləşən, fiziki şəxs Abdullayev Yaşar Əliağa oğluna məxsus “Göyəzən" kafesi; 21. Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci massivdə yerləşən, fiziki şəxs Heydər Fuad Oruc oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran; 22. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Məmmədov Hakim Əmrah oğluna məxsus “Məxməri” çay evi; 23. Şirvan şəhəri, Fariz Eynullayev küçəsində yerləşən, fiziki şəxs Sadıxlı Natiq Nurəli oğluna məxsus dönər evi; 24. Tovuz rayonu, Əyyublu kəndində yerləşən, fiziki şəxs Qurbanov Azər İsgəndər oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.