Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il martın 16-da ölkə üzrə 190 ictimai iaşə obyektində 341 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Gəncə şəhəri, Göygöl rayonu, Xudadat bəy Rəfibəyli küç., ev 63 ünvanında yerləşən, fiziki şəxs Quliyev Rizvan Haciəli oğluna məxsus “Cənnət Məkan” kafesi;
2. Masallı şəhəri, Masallı rayonu, B. Məmmədov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Rəhimli Mehran Əhmədağa oğluna məxsus mehmanxana.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.