Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 19 fevral 2021-ci il tarixində ölkə üzrə 443 ictimai iaşə obyektində 705 monitorinq keçirilib. Monitorinqlər zamanı 43 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən, fiziki şəxs Mustafayev Yalçın Mədəd oğluna məxsus "Xanlıq" kafe;
2. Bakı şəhəri, Məhsəti Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus “Xudaferin (My life) mehmanxasının tərkibində fəaliyyət göstərən restoran;
3. Bakı şəhəri, M.Həsənov k 15 ünvanında yerləşən, fiziki şəxs Süleymanlı Sevinc Sabir qızına məxsus kafe;
4. Bakı şəhəri, Nobel pr 15 ünvanında yerləşən, fiziki şəxs Kiknadze Nana məxsus restoran;
5. Bakı şəhəri, Lökbatan Ştq, Sədərək TM, zona 3 yerləşən, fiziki şəxs İsrafilov Elmir Əkbər oğluna məxsus kafe;
6. Bakı şəhəri, Köhnə Suraxanı, Malik Mustafayev küçəsi18 ünvanında yerləşən, fiziki şəxs Heydərov Vaqif Nəbi oğluna məxsus kafe;
7. Bakı şəhəri, M.Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Tarverdiyeva Adilə Müzəffər qızına məxsus çay evi;
8. Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, fiziki şəxs Səfərova Məhbub Məmməd qızına məxsus pub;
9. Bakı şəhəri, 20 yanvar küçəsi 40 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Aydın Nəsib oğluna məxsus bar;
10. Bakı şəhəri, Xəqani ev. 20 m 82 ünvanında yerləşən, fiziki şəxs Kərimov Nicat Məhəmməd oğluna məxsus restoran;
11. Bakı şəhəri, Neftçilər prospekti, Dənizkənarı Milli Parkda yerləşən, hüquqi şəxs “FBCO” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
12. Bakı şəhəri, Xəqani ev. 18 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Faiq İsa oğluna məxsus restoran;
13. Bakı şəhəri, Mərdəkan şossesi;Əncirlik ünvanında yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus “Dükkan” restoran
14. Bakı şəhəri, Maştağa-Buzovna yolunda yerləşən fiziki şəxs Yunusov Ağabey Ağasəf oğluna məxsus “Rahib“ restoran;
15. Bakı şəhəri, Neftçi Qurban Abbasov küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Feyzullayeva Roza Əli Ağa qızına məxsus “Grace Terrace” restoran;
16. Bakı şəhəri, Atatürk prospekti 64/68 ünvanında yerləşən, fiziki şəxs Mirzəzadə Məsum Fikrət oğluna məxsus pub;
17. Bakı şəhəri, Atatürk 64 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əsgər Vaqif oğluna məxsus restoran;
18. Bakı şəhəri, R.Rüstəmov 36 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Fərid Mehdi oğluna məxsus “Cəviz tea lounge” çay evi;
19. Bakı şəhəri, Qaçaq nəbi küçəsi, ev10 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Bənövşə Rəşid qızına məxsus restoran;
20. Bakı şəhəri, M.Hadi küçəsi, ev 36 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Xəyalə Çinqizxan oğluna məxsus restoran;
21. Bakı şəhəri, C.Cabbarlı ev 44 ünvanında yerləşən, hüquqi şəxs "Groupone" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Groupone" restoranı;
22. Bakı şəhəri, Mikayıl.Ə 23 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rahib Niyazi oğluna məxsus “Səhər mehi” restoran;
23. Bakı şəhəri, Əhməd Rəcəbli ev.292 m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elbrus oğluna məxsus restoran;
24. Bakı şəhəri, Əcəmi Naxçıvani ev 26 M1 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Alim Adil oğluna məxsus restoran;
25. Bakı şəhəri, S.Rüstəm ev11 ünvanında yerləşən, hüquqi şəxs "ŞİRVAN-P" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
26. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Abdurahmanov Ramin Xanlar oğluna məxsus kafe;
27. Oğuz rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Vahabov Vətən Bəhram oğluna məxsus kafe;
28. Hacıqabul rayonu, Pirsaat kəndində yerləşən, fiziki şəxs Cəfərov Nizami Mirzəxan oğluna məxsus kafe;
29. Hacıqabul rayonu, Navahı kəndində yerləşən, fiziki şəxs Cabbarov Ramiz Kərəm oğluna məxsus kafe;
30. Saatlı rayonu, Mustafabəyli kəndində yerləşən, fiziki şəxs Səmədov Xalid Samid oğluna məxsus kafe;
31. Neftçala rayonunda yerləşən, fiziki şəxs Abbasov Müslüm Hüseyn oğluna məxsus kafe;
32. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən, fiziki şəxs Həsənov Elvin Vahid oğluna məxsus çay evi;
33. Göyçay rayonu, Xəlitli kəndində yerləşən, fiziki şəxs Xəlilov Rüstəm Səməndər oğluna məxsus kafe;
34. Göyçay rayonu, Xəlitli kəndində yerləşən, fiziki şəxs Səlimov Qəşəm Xalid oğluna məxsus restoran;
35. İsmayıllı rayonu, Cülyan kəndində yerləşən, fiziki şəxs Xəlilov Qismət Məhəmməd oğluna məxsus restoran;
36. Göygöl rayonu, Qırıqlı kəndində yerləşən, fiziki şəxs Quliyev Vidadi Həsən oğluna məxsus kafe;
37. Gəncə şəhəri, Nizami rayonunda yerləşən, fiziki şəxs Mehdiyev Elşən Qəzənfər oğluna məxsus çay evi;
38. Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Novruzov Mehti Vahid oğluna məxsus çay evi;
39. Yevlax şəhəri, Kövər kəndində yerləşən, fiziki şəxs Həsənov Turqut Nizami oğluna məxsus kafe;
40. Yevlax şəhəri, Qoyunbinəsi kəndində yerləşən, fiziki şəxs İsmayılov Laçın İsa oğluna məxsus kafe;
41. Yevlax şəhəri, Yaldili kəndində yerləşən, fiziki şəxs Axundov Abdulla Elçin oğluna məxsus kafe;
42. Yevlax şəhəri, Nizami PR31 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Ziya İldrım oğluna məxsus kafe;
43. Masallı rayonu, Binə Xocavar kəndində yerləşən, Bayramov Zöhrab Davud oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.