Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan vəzifəli şəxslərə “İnsan resurslarının idarəedilməsi” mövzusunda təlim keçirilib.

Foodinfo.az xəbər verir ki, AQTA-da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara motivasiyanın əhəmiyyəti, prinsipləri, faydaları, metodları, həmçinin münaqişə situasiyaları, onların yaranma səbəbləri və həll yolları, iş yerlərində stresin idarəolunması, təlim işinin təşkili və digər məsələlər barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.