Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsulları, eləcə də aqrokimyəvi maddələr və pestisidlərin ölkə ərazisinə idxalı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, AQTA yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, qeydiyyatdan keçməmiş aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalı qadağandır, buna cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcəkdir.
Sahibkarlar qeydiyyatdan keçmiş pestisid və aqrokimyəvi maddələrin siyahısını Agentliyin rəsmi saytına (afsa.gov.az) daxil olmaqla və ya 1003 -Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərlər.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?