“Qida təhlükəsizliyi haqqında” qanunda təhlükəli qidaların izlənilməsi məsələsi əksini tapıb. Qanun qəbul edildikədn sonra bununla bağlı müvafiq qaydalar tətbiq ediləcək”. Foodinfo.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, qida məhsullarının zənginləşdirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq: "Mütləq qida məhsullarının etiketlənməsinə ciddi fikir verilməlidir. Bu halların qarşısının alınması ilə bağlı işlər öz həllini tapacaq". AQTA sədri bildirib ki, təhlükəli qidaların reyesteri istehlakçılar üçün açıq olacaq: "Onlar reyesterə daxil olaraq hansı qidaların təhlükəli qida olduğunu biləcəklər”.