Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az Agentliyə istinadən bildirir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Beyləqan rayonu, Şəfəq qəsəbəsində fəaliyyət göstərən “Qarabağ Taxıl” MMC-də həyata keçirilən planlı yoxlama zamanı normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar olunub. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyin tələbləri izah edilib və nöqsanların aradan qaldırılması üçün zəruri göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.