Bostan bitkilərindən nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, bostan bitkiləri bağlama vahidlərində (konteynerlər, qəfəslər və s.) nəql olunduqda, partiyanın müxtəlif yerlərindən müvafiq miqdarda bağlama vahidləri seçilir. Belə ki, partiyada olan bağlama vahidlərinin sayı 10 ədədə qədər olduqda 1, 11-20 olduqda 2, 21-50 olduqda 3, 51-100 olduqda 5, 100-dən çox olduqda 5 və hər sonrakı 50 bağlama vahidi üçün əlavə 1 bağlama vahidi seçilir. Seçilən bağlama vahidlərində olan məhsula yerindəcə tam fitosanitar karantin baxışı keçirilir.

Bostan bitkiləri tarasız daxil olduğu halda, ilkin nümunə qalağın müxtəlif yerlərindən götürülərək (3-dən az olmamaq şərti ilə) formalaşdırılır.