Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Atatürk prospekti, ev 226A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus “Osmanlı” restoranında keçirilmiş planlı yoxlama zamanı mal qonşuluğu prinsipinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar olunub. Faktla bağlı icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
[gallery ids="46757,46758"]