Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il aprelin 4-də ölkə üzrə 132 ictimai iaşə obyektində 216 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Xətai rayonu,    Hadi küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs “Semazen Baku” MMC-yə məxsus “Semazen Baku” restoranı; 2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Muxtar Fətəliyev küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Həsənov Rövşən Eyvaz oğluna məxsus kafe; 3. Bakı şəhəri, Xətai rayonu,    Hadi küç., ev 23H ünvanında yerləşən, fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe; 4. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küç., ev 11 ünvanında yerləşən, hüquqi şəxs “Novgüv” MMC-yə məxsus “Shakespeare” restoranı. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.