Tərkibində yüksək kalsium və maqnezium olan su qızdırılan və buxarlanan zaman istilik avadanlığının divarlarında sərt bir çöküntü olan ərp əmələ gətirir. Özü özlüyündə ərp sağlamlıq üçün təhlükəli deyil, lakin bakteriyaların çoxalması və zərərli maddələrin toplanması üçün əlverişli mühit yaradır. Bundan əlavə, ərp suyun dadını dəyişə bilər və çayın dəmləməprosesini çətinləşdirə bilər.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq Alla Nerullina çaydanı ərpdən təmizləmək üçün ən tez və təhlükəsiz üsulu açıqlayıb.
Bunun üçün o, hər kəsin evində olan limon turşusundan istifadə etməyi məsləhət görüb.
Belə ki, ərpi təmizləmək üçün 100 qram limon turşusunu bir litr suda həll edib qaynadın və bir saat saxlayın. Daha sonra çaydanı yaxşıca yuyun.
Qastroenteroloq vurğulayıb ki, ərpli su isti içkilərin dadını pisləşdirə bilər, ona görə də ondan çay hazırlamaq üçün istifadə etmək məsləhət görülmür. Çay yarpaqlarından qoxu və dadın çıxmasını da ləngitdiyi üçünə dəmləmə prosesi daha uzun çəkə bilər.
Suyun dadını qorumaq və bakteriyaların çoxalmasının qarşısını almaq üçün çaydanın təmizliyinə diqqət yetirmək və ərpi dərhal təmizləmək vacibdir. Gördüyünüz kimi, limon turşusu ərplə mübarizədə sadə və əlverişli bir vasitədir.
Leyla