Çox dondurma yemək çəkinizə mənfi təsir etməklə yanaşı, diabetin yaranmasına da səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə həkimi Tatyana Vorobyova xəbərdarlıq edib.

O, gün ərzində 100 qramdan, həftədə 2-3 dəfədən çox dondurma yeməməyi məsləhət görüb.

Belə ki, dondurmanın tərkibində çoxlu miqdarda şəkər var və onun həddindən artıq istehlakı diabetin inkişafına səbəb ola bilər. Nəticədə, insanlar bədəndə artan şəkər səbəbiylə artan susuzluq hiss edə bilərlər.

Sağlamlıq problemlərinin qarşısını almaq üçün dondurma istehlakını məhdudlaşdırmaq vacibdir. Hər gün çox miqdarda yeyilməməlidir, həftədə bir neçə porsiya ilə kifayətlənmək  daha yaxşıdır. Bu, şəkərli diabetin yaranmasının qarşısını almağa və sağlamlığınızı qorumağa kömək edəcək.

Fərid