BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi GCP/SEC/011/GFF” adlı layihə çərçivəsində vebinar keçirilib.
Foodinfo.az xəbər verir ki, “Dayanıqlı kənd təsərrüfatı üçün zərərvericilərə nəzarət üzrə texniki vebinar”da iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müşaviri Camal Quliyev ölkəmizdə zərərli orqanizmlərə nəzarət sistemi barədə iştirakçıları məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb.
Seminar zamanı zərərli orqanizmlərə qarşı mübarizə vasitələri, bu sahədə yeni yanaşma və metodlar, müşahidə sistemlərində texnikalar, universitet, qurum və fermerlərin bir-biri ilə əlaqələri barədə qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparılıb. Vebinarda Türkiyə Respublikası, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində mövcud sistemlər barədə iştirakçılara məlumat verilib.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir