Son illər dünyada konservləşdirilmiş, dondurulmuş ət və ət məhsulları, meyvə-tərəvəz kimi digər qidaların istehsalı daha da artıb. Mütəxəssislər deyir ki, belə qidalardan istifadə edərkən onların donunun açılması prosesinə diqqət yetirmək lazımdır. Bu prosesin düzgün aparılmaması ağır zəhərlənmələrə səbəb olur.
Ekspert deyir ki, donmuş məhsulun ərimə prosesi otaq istiliyində, su içində, qızdırıcının üzərində və ya altında və ya günəşli yerdə saxlamaqla aparılmamalıdır. Bu işdə primitiv üsula əl atmaq qidanın çirklənməsi deməkdir.
Donmuş qida soyuducunun digər rəflərinə qoyularaq və ya mikrodalğalı sobada - xüsusi nəzərdə tutulan rejimdə açılmalıdır. Təkrar dondurmaya yol verməmək üçün ətin hissələrə ayrılaraq bişiriləcək miqdarda, ayrı-ayrı paketlərdə dondurulması məsləhət görülür. Döyülmüş və ya ət maşınından keçirilən əti selofan torbaya qoyduqdan sonra əllə yayaraq mümkün qədər nazik hala salmaq lazımdır. Bu üsul məhsulun donunun sonradan tez və rahat açılmasına imkan verir. Ümimiyyətlə, qidaların hansı vəziyyətdə dondurulmasına da diqqət edilməlidir. Yaxşı yuyulmayan, təmizlənməyən, aşağı keyfiyyətli, çürük məhsul dondurulduqda onda mikroorqanizmlər törəyir ki, bu da istehlak zamanı qida zəhərlənməsinə səbəb olur.
Dondurulan yarımfabrikat qidalardan dünyanın bir çox ölkələrində daha geniş istifadə edilir. ABŞ-da hər il adambaşına 45 kq, İngiltərədə 34, Fransada 29, Almaniyada 25, İsveçdə 41, Türkiyədə 0,5 kq bu cür qida istehlak edilir.
Azərbaycanda isə dondurulan qidalara tələbat o qədər də yüksək deyil. Ölkədə heyvandarlığın inkişafı, müasir standartlara cavab verən saxlama anbarları qış fəslində də meyvə, tərəvəz və başqa qida məhsullarını əlçatan edir. Göyərti və bir sıra tərəvəz məhsulları isə ilin bütün fəsillərində yetişdirilir. (ARB 24)
https://www.youtube.com/watch?v=GY1wkWWLbrM
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb