26 fevral 2021 ci il tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın növbəti iclası keçirilib.
Foodinfo.az xəbər verir ki, iclas Nazirlər Kabineti yanında Operativ Qərargahın 17 mart 2020-ci il tarixli xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq onlayn qaydada keçirilib. Ekspert Şurasının iclası zamanı müvafiq elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlara dair məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı müsbət nəticə əldə olunmasına əsasən (təkrar qeydiyyat da daxil olmaqla), 26 adda preparatın dövlət qeydiyyatına alınması və 24 adda preparatın sınağının aparılması barədə qərar qəbul olunub.
“İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyasının iclası”nda AQTA-nın Salyan Regional Bölməsinin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixində planlı yoxlama zamanı “GP Alpha Greenhouse” MMC-nin Salyan rayonu, Kürsəngi kəndində yerləşən istixanaya məxsus pestisid saxlanılan anbarında istifadə müddəti bitmiş pestitisidlər aşkarlanaraq dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir