Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri arasında əməkdaşlığa və “Kodeks Etimad Fondu” layihəsinin icrası ilə bağlı görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə Milli Kodeks sisteminin fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq normativ bazanın yaradılması, milli qanunvericiliyin tərkib hissəsi olan sanitar və fitosanitar norma və qaydaların Kodeks standartlarına uyğun olaraq hazırlanması və təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Kodeks Komissiyasının fəaliyyətinə cəlb olunan bütün iştirakçılar arasında kommunikasiyanın gücləndirilməsi sahəsində dəstək göstərilməsinin əhəmiyyəti vurğulanıb.