Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 7, mənzil 47 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Zəfər Faiq  oğluna məxsus “Jalə” kafesində aparılan təkrar yoxlama zamanı nöqsanların aradan qaldırılmadığı müəyyən edilib. Belə ki, müəssisədə çirkli suların birbaşa mərkəzi kanalizasiya sisteminə axıdıldığı, mətbəxdə ayrıca yuma sahəsinin mövcud olmadığı və havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərdiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="44577,44578"]