Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Foodinfo.az-ın məlumatına görə, AQTA əməkdaşları tərəfindən Nərimanov rayonu, Y. Vəzirov küçəsi ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus "Okean" pub, Səbayıl rayonu, T. Əliyarbəyov 4A ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus "Kefli" bar və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən, fiziki şəxs Əkbərova Gülmirə Əfsər qızına məxsus "Çayka" kafesində reyd keçirilib. Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları, məsul şəxslərin təyin olunmadığı aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələbləri çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq 4000 AZN cərimə tətbiq olunub.
Qeyd edək ki, AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görüləcəkdir.
[gallery ids="34362,34363,34364,34365"]