“Kodeks Etimad Fondu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarının iştirakı ilə onlayn təlim keçirilib.
Foodinfo.az-ın məlumatına görə, Kodex Alimentarius üzrə beynəlxalq məsləhətçi Diego Varela tərəfindən təşkil olunan təlimin əsas məqsədi kodeks işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı Milli Kodeks Sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına dəstək verilməsidir. Tədbirdə Kodeks Alimentarius və onun ölkəmiz üçün vacibliyi, strukturu, müxtəlif kodeks sənədləri, sənədlərin təsdiq edilmə prosesi ilə bağlı məlumatlar verilib. Qeyd olunan məsələlər müzakirə olunub və Kodeks Alimentarius Komissiyası tərəfindən həyata keçirilən işlərin əhəmiyyəti vurğulanıb.
Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb.