Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 21-də ölkə üzrə 345 ictimai iaşə obyektində 615 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 184 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Əlqəmbər Pənah oğluna məxsus restoran; 2. Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küç., ev 2 ünvanında yerləşən, hüquqi şəxs “FBCO” MMC-yə məxsus “Gloria Jeans Coffees” kafesi; 3. Bakı şəhəri, Nizami rayonu, Məshəti küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Əliyev Tuncay Səməd oğluna məxsus “Provan Pub” restoranı; 4. Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Zamin Taleh oğluna məxsus “Kölgə” restoranı. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.