Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəs., H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Rüstəmov Dərgah Mübariz oğluna məxsus “Ruzi” marketdə keçirilmiş yoxlama zamanı müvafiq sahədə mövcud olan qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib. Belə ki, mağazada yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışa çıxarıldığı, həmçinin mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, qida məhsullarının bir başa döşəmə üzərində saxlanıldığı və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş faktla bağlı inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.