Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a  verilən xəbərə görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonunun Divanlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Müşviq Vaqif oğlu Əliyevə məxsus ərzaq məhsullarının pərakəndə satışı mağazasında yoxlama həyata keçirilib.

Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada satışa təqdim edilən bəzi məhsulların saxlanma müddətinin bitdiyi və mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və onların geyim qaydalarına əməl etmədiyi məlum olub. Eləcə də mağazada dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.