Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Süleymanov Tural Rafiq oğluna məxsus “Maidə” ictimai iaşə müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalların ilkin emalı və kimyəvi maddələrin, təmizlik invertarlarının saxlanması üçün sahənin ayrılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Həmçinin xammal kimi istifadə olunan ət məhsullarının, çiy dönər yarımfabrikatlarının və digər xammalların müşayiətedici sənədləri yoxlamaya təqdim olunmayıb. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="44594,44595"]