Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Liman şəhəri, T. Bağırov küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Ülviyyə Ağaverdi qızına məxsus “Pibon” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə istifadə müddəti bitmiş pendir, şor, üzüm qurusu, noğul və nabat məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. [gallery ids="36428,36429"]