Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən DİN-nin əməkdaşları ilə birgə Qaradağ rayonu, Dövlət Yol Polisi Postunda fiziki şəxs Niyazov Sultan Niyaz oğluna məxsus 90-DX-120 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə keçirilən baxış zamanı baytarlıq-sanitariya ekspertizasından keçirilməyən və mənşəyi məlum olmayan ümumi çəkisi 200 kq ət aşkarlanıb. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
[gallery ids="44999,45000"]