Qida məhsullarında, məhsul partiyasında və ya istehsal prosesində meyar olaraq götürülən mikroorqanizmlərin mövcud olması (olmaması), sayının və ya onların toksin və metabolitlərinin miqdarının kütlə, həcm, sahə yaxud partiya vahidinə görə müəyyənləşdirilmiş göstərici mikrobioloji göstəricidir. Nümunələrin götürülməsi, müayinələrin aparılması və tənzimləyici tədbirlərin yerinə yetirilməsi zamanı əldə edilən nəticələrin müvafiq göstəricilərə uyğun olması isə mikrobioloji göstəricilərə uyğunluqdur.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair saniratirya normaları və qaydaları”nda bildirilir. 

Qeyd edək ki, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin bu sahədə vəzifələrini müəyyənləşdirir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyi Komissiyasının “Qida məhsullarının mikrobioloji kriteriyaları” Reqlamentinə əsasən hazırlanıb.