"Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsinin parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılacağı tarix məlum olub.
Foodinfo.az-ın məlumatına görə, martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçiriləcək.
Toplantıda qanun layihəsi müzakirə ediləcək.
Daha sonra layihə plenar iclasda müzakirəyə çıxarılacaq.