Müəyyənləşdirilməsi zərərli orqanizmin mal üzərində paylanma eyniliyi, zərərli orqanizmlərin hərəkətlilik və ya hərəkətsizlik dərəcəsi, yükün qablaşdırılması üsulu, onun ehtimal olunan istifadəsi kimi məsələlərlə əlaqədar olaraq yükdən götürülməsi nəzərdə tutulan nümunənin forma və həcmini təyin edən ölçü vahidi nümunə vahididir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimatda qeyd olunur ki, fitosanitar karantin baxışı zamanı ilkin nümunənin hazırlanması məqsədi ilə bir partiyadan birbaşa seçilmiş və müvafiq qaydada və miqdarda götürülən məhsul nöqtəvi nümunədir. Məhsul partiyasından götürülən nöqtəvi nümunələrin cəmi isə ilkin nümunədir. İlkin nümunələrdən laboratoriya ekspertizası üçün ayrılmış nümunə orta nümunədir. Qablaşdırılmış məhsulların birləşdirilməsi nəticəsində yaradılan məmulat (taxta yeşiklər, karton qutular, kisələr və s.) bağlama vahididir.