Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Suraxanı rayonunda yerləşən kafe və restoranlarda reyd keçirib.
Foodinfo.az-ın xəbərinə görə, reyd çərçivəsində karantin qaydalarına əməl etməyən "Ocaq" restoranı, "Dostluq" kafesi, habelə digər ictimai iaşə müəssisələrinin sahibləri cərimələnib.