Profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları pəhriz qida məhsullarıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Bu Qaydalara 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) qeyd olunur ki, pəhriz qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində müvafiq məlumatlar göstərilməlidir. Belə ki, pəhriz qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd edilməlidir.