Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Qazax şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, Binaliyev Soxrab Saxroddinoviçə məxsus baytarlıq aptekində keçirilən yoxlama zamanı bu sahədə normativ hüquqi sənədlərin tələblərinin pozulduğu, həmçinin son istifadə tarixi bitmiş baytarlıq preparatlarının satıldığı aşkar edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.