Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Zaqatala rayonu, Əliabad qəsəbəsində keçirilən reyd zamanı Tinayev Aydın Həsrət oğluna məxsus məntəqədə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı məntəqə sahibi barəsində inzibati protokol tərtib edilib.   Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="43994,43995"]