31 mart 2022-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
Foodinfo.az-ın məlumatına görə, verilişdə “Qida təhlükəsizliyi” haqqında qanun layihəsində əks olunan yeniliklər barədə məlumat veriləcək.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyevə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.